UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

Son oyunda Azərbaycan çempionu Qarabag Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda İsveçin “Hakken” klubunu qəbul edib. Səfərdə rəqibinə minimal hesabla qalib gələn komandamız doğma arenada da qələbə qazanıb. Ele 1-ci dəqiqə tamam olmamış rəqib qapıçının səhvindən Laendro Andrade yararlanaraq hesabı açıb. Bundan sonra topa nəzarət edən meydan sahibləri bir də hissənin son saniyələrində qol vurublar. Bu defe Yassin Benziya fərqlənib - 2:0. Komandalar fasiləyə bu hesabla yollanıblar. 2-ci hissəyə qonaqlar yaxşı başlasalar da “Qarabağ”ın qapıçısı inamlı oyunu ile diqqət çəkib. 56-ci dəqiqədə Ağdam klubu meydanda azlıqda qalıb. Marko Veşoviç qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü əldə edən qonaqlar yalnız oyunun sonunda buraxılan toplardan birinin əvəzini çıxa biliblər. Bədavi Hüseynovun avtoqolu yekun nəticəni müəyyənləşdirib beləliklə  2:1 hesablı qelebe qazanan Qarabag Avropa Liqasinda qrup merhelesini 2ci yerde basa vurub. Bununla da komandamız tarixində ilk dəfə turnirin pley-offuna, yəni  1/16 final mərhələsinə vəsiqə əldə edib. Paralel keçirilən görüşdə “Molde”ni 5:1 hesabı ilə məğlub edən “Bayer Leverkuzen” isə qrup mərhələsini maksimum nəticə ilə lider yekunlaşdırıb.