Çempionlar Liqasının F qrupunda “Borussiya Dortmund”  doğma meydanda “Pari Sen-Jermen”lə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin qolunu Kərim Adeyemi vurub. Paris klubunun heyətində isə Varren Zair-Emeri fərqlənib. Bu nəticədən sonra “Borussuya Dortmund” 11 xalla lider, PSJ isə 8 xalla qrup 2-cisi kimi pley-offa yüksəlib. 

“Nyukasl” “Milan”ı qəbul edib. Hesabı 33-cü dəqiqədə meydan sahibləri açıblar. Joelinton fiqqət mərkəzinə düşüb. Buna baxmayaraq “Milan” futbolçuları dönüş etməyi bacarıblar. 2-ci hissədə Kristian Pulişiç və Samuel Çukvueze fərqləniblər. Beləliklə 2:1 hesablı qələbə qazanan “Milan” zallarının sayını 8-ə çatdırıb. İtaliya klubu PsSJ ilə eyni sayda xal toplamasına baxmayaraq top fərqinə görə mübarizəni Avropa Liqasında davam etdirəcək. 5 xal toplayan “Nyukasl” isə Çempionlar Liqası ilə vidalaşıb.

G qrupunda “Srvena Zvezda” azarkeşləri önündə “Mançester Siti” ilə üz-üzə gəlib. FİFA referimiz Əliyar Ağayevin idarə etdiyi görüşdə “şəhərlilər” 3-2 hesabilə qalib gəliblər. Mançester klubunun gənc oyunçuları Mika Hemilton, Oskar Bob və Kelvin Filipsin dəqiq zərbələri həlledici olub. Serbiya klubunun heyətindən Hvan in Bom və Aleksandr Katay fərqlənib.