"Krasnodar"ın vingeri Kadi Yuri Borges yenidən "Qarabağ"a qayıda bilər.
27 yaşlı futbolçu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovada bu istəyini çatdırıb. Rusiya təmsilçisi bu keçid üçün yüksək təzminat istədiyindən "Qarabağ" "sambaçı"nı qışda icarəyə götürə bilər. Xatırladaq ki, "Krasnodar" Kadini 2023-cü ilin yanvarında 5 milyon avro qarşılığında transfer etmişdi.