UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turu başa çatıb.
Azərbaycan çempionu “Qarabağ” Norveçdə yerli “Molde” klubunun qonağı olub. Bakıda rəqibinə qalib gələn “Qarabağ” futbolçuları səfər oyununa da yaxşı başlayıblar. 12-ci dəqiqəde “Qarabağ”ın heyətində Juninyo hesabı açıb. Fasiləyə komandamız minimal hesablı üstünlüklə yollanıb. 2-ci hissə daha gərgin ve məhsuldar alınıb. 82-ci dəqiqədə tarazlıq bərpa olunub. Kristian Eriksen ferqlənib -1:1. 5 dəqiqədən sonra meydan sahibleri hesabda önə keçiblər. Bu dəfə də Eriksen yerli azarkeşləri sevindirib. Amma qarşılaşmanın son saniyələrində “Qarabağ” futbolçuları məğlubiyyətdən xilas ola biliblər. Bəhlul Mustafazadə yekun nəticəni müəyyənleşdirib - 2:2. Bununla da “Qarabağ” qrupda 2-ci pillədəki mövqeyini qoruyub. Hər iki komandanın aktivində 7 xal olsa da, şəxsi görüşlərdə üstün olan “Qarabağ” “Molde”ni qabaqlayaraq 2-ci pillədə qərarlaşıb. Komandamız ən azı Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib. Paralel keçirilən qarşılaşmada İsveçdə “Hakken”ə 2:0 hesabı ilə qalib gələn “Bayer Leverkuzen” maksimum nəticə ilə qrupa başçılıq edir. Bütün görüşlərdə uduzan “Hakken” isə autsayderdir.
Dekabrın 14-də keçiriləcək son turda “Qarabağ” Bakıda İsveç klubunu qəbul edecək. “Molde” isə Leverkuzenə səfər edəcək.