İngiltərə Çempionşip yarışında mübarizə aparan “Lester Siti”nin üzvü Uilfred Ndidini heyətinə qatmaq istəyən daha bir komanda müəyyənləşib.
“Qalatasaray” və “Fənərbağça”nın İstanbula gətirmək istədiyi Ndidi üçün bu dəfə “Sevilya” “Lester Siti”yə təklif göndərib. Mövsümün əvvəlində “Olimpik” Lion Uilfred Ndidini transfer etmək istəsə də nigeriyalı komandanı tərk etməmişdi. Hər üç kollektiv Ndidini mövsümün sonunda transfer etmək niyyətindədir. Xarici mətbuatın verdiyi xəbərə görə futbolçu üçün hələlik ən böyük təklifi İspaniya təmsilçisi edib.