İtaliya çempionatının 10-cu turunda “Latsio” doğma meydanda “Fiorentina”nı qəbul edib. Oyunun taleyini bir qol həll edib. Hakimin qarşılaşmanın əsas vaxtına artırdığı 5-ci dəqiqədə qonaqların qapısına təyin etdiyi penaltini Çiro İmmobile dəqiq yerinə yetirib. “Latsio”-“Fiorentina” 1-0. “Atalanta” isə səfərdə “Empoli”ni böyük hesabla məğlubiyyətə uğradıb. Oyunda artıq 5-ci dəqiqədə hesab açılıb. Skamakka dəqiq oynayıb. 29-cu dəqiqədə “Empoli” futbolçuları ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur olub. Bu dəfə Kopmeyners qapıçını məyus edib. İkinci hissdə azarkeşlər daha bir qol izləyib. 51-ci dəqiqədə Skamakka dubl edərək oyunun nəticəsini müəyyənləşdirib: “Empoli”-“Atalanta” 0-3.

Hazırda 25 xala malik “İnter” vahid liderdir. “Yuventus” 23 xalla ikinci, “Milan” 22 xalla üçüncü pillədə qərarlaşıb. “Atalanta”nın 19, son çempion “Napoli”nin 18, “Fiorentina”nın 17, “Latsio”nun 16 xalı var.