Azərbaycan çempionatının 11-ci turunda “Neftçi” dogma arenada “Sabah”ı qəbul edib. Gərgin keçən oyunun taleyi qarşılaşmanın son dəqiqələrində həll olunub. 2-ci hissəyə artırılan vaxtda “Neftçi”nin heyətində Yuri Matias 2-ci dəfə sarı vərəqə ilə cəzalandərılıb. Say üstünlüyü əldə edən qonaqlar cəmi 1 dəqiqə sonra qələbə qolunu vurublar. Boyan Letiç “Sabah”a minamal hesablı qələbə qazandırıb. Mövsümdə 3-cü qələbəsini əldə edən “Sabah” 13 xalla turnir cədvəlində 8-ci yerdədir. 4-cu dəfə uduzan “Neftçi” 15 xalla 5-ci yerdədir. Yarışa 21 xalla “Zirə” başçılıq edir. Lideri 20 xalla ehtiyatda 1 oyunu olan “Qarabağ” izləyir. Ağdam klubu bu gün saat 19:00-da “Araz Naxçıvan”ın qonağı olacaq.