AVRO-2024 ün seçmə mərhələsində Lononda İngiltərə yığmasına uduzan İtaliya mediasında tək problem komandanın nəticələri deyil. Həm də kollektivin bəzi üzvlərinin adlarının mərc oyunlarında adlarının hallanması, onların heyətdən kənarda qalması ilə nəticələnib. Bu futbolçulardan biri də Nikolo Zanioladır. O, İtaliya millisinin heyətindən kənarlaşdırsa da, “Aston Villa” rəhbərliyi hələ ki eyni addımı atmaq niyyətində deyil. Birmingem klubunun baş məşqçisi Unay Emeri ittihamlar sübüt edilənə kimi Zaniolanı heyətdən çıxarmayacağı ilə bağlı qərar verib. İspaniyalı mütəxəssis məşqlərinə davam edən futbolçunun adını həftəsonu “Vest Hem”lə keçiriləcək Premer Liqa matçının iştirak ərizəsinə daxil edib. Yeri gəlmişkən oktyabrın 22-də keçiriləcək “Aston Villa” – “Vest Hem” oyunu saat 19:30-da başlanacaq və İdman TV ilə canlı yayımlanacaq.