“Sabah” basketbol komandası FİBA Avropa kubokunun qrup mərhələsində ilk oyuna çıxıb.
Azərbaycan çempionu Monteneqroda “Mornar”ın qonağı olub. İlk periodda gərgin mübarizə qeydə alınıb. Təsadüfi deyil ki, yekunda 22:22 hesabı qeydə alınıb. 2-ci bölümdə meydan sahibləri 4 xallıq üstünıük qazanıblar. Onlar 3-cü bölümün yekununda fərqi 7 xala çatdırıblar. “Sabah” sonuncu hissədə də vəziyyəti xeyrinə dəyişə bilməyib. Beləliklə Mornar 80:75 hesabilə qələbə qazanlb. Sabah uduzsa da, komandanln heyətində Kayvon Devenport 18 xalla görüşün ən məhsuldar basketbolçusu olub. Paytaxt klubu D qrupunun 2-ci oyununda Türkiyənin “Bağçaşəhər” komandasıyla üz-üzə gələcək. Görüş oktyabrın 25-i Bakıda keçiriləcək.