Çempionlar Liqasının  H qrupunda “Barselona” səfərdə “Portu” ilə qarşılaşıb. Yeganə qolu ilk hissəyə əlavə olunan vaxtda Ferran Torres vurub. Son dəqiqələrdə 2-ci dəfə qırmızı vərəqə ilə cəzalanan Qavi komandasını azlıqda qoyub. 2-ci matçında da qələbə qazanan “Barsa” liderliyini davam etdirir.

Qrupun digər görüşündə “Şaxtyor” “Antverpen”i 3:2 hesabilə məğlub edib. “Portu” və “Şaxtyor”un hesabında 3 xal var. “Antverpen” isə autsayderdir.

I qrupunda “Atletiko Madrid” “Feyenoord”u qəbul edib. 7-ci dəqiqədə Mario Hermoso qonaqları önə keçirib. Az sonra Alvaro Morata tarazlığı bərpa edib. 34-cü dəqiqədə Niderland klubu yenidən hesabda irəli çıxıb. David Ançko fərqlənib. Hissəyə əlavə olunan vaxtda isə Antuan Qrizmann fərqlənməklə bərabərliyi təmin edib. 2-ci yarının əvvəlində Morata özünün 2-ci, komandasının 3-cü qolunu vurub. “Atletiko” – “Feyenoord” 3-2

“Seltik” – “Latsio” oyununda isə qonaqlar 2:1 hesablı qələbə qazanıblar. İtaliya təmsilçisinin heyətində Matias Vesino və Pedro fərqlənib. “Seltik”in qolunu isə Kyöqo Furuhasi vurub. “Altetiko Madrid” və “Latsio” 4 xalla 1-2-ci pillələri böülüşür. 3 xalı olan “Feyenoord” 3-cüdür. Hər iki oyunda uduzan “Seltik” isə sonuncudur.