İngiltərə Premyer Liqasının 7-ci turunda “Çelsi” səfərdə “Fulhem”in qonağı olub.
Bundan əvvəlki qarşılaşmalarda yalnız bir qələbəsi olan London klubu nəhayət növbəti dəfə azarkeşlərini sevindirib. Komanda qapısını toxunulmaz saxlayaraq uğur qazanıb. London təmsilçisi görüşün taleyini ilk hissədə həll edib. 18-ci dəqiqədə Levi Koluilin uzaqdan əla ötürməsindən sonra Mixail Mudrik hesabı açıb. 1 dəqiqə sonra fərq iki topa yüksəlib. Müdafiəçi Tim Rimin kobud səhvindən sonra topu ələ keçirən Koul Palmer Armando Broyaya ötürüb. Albaniyalı futbolçu qüvvətli zərbə ilə fərqi iki topa çatdırıb. Görüşdə başqa qol olmayıb: “Fulhem” – “Çelsi” 0:2. Beləliklə, xallarının sayını 8-ə çatdıran “Çelsi” 11-ci pilləyə yüksəlib. Eyni xala malik, lakin digər göstəricilərə görə rəqibindən geri qalan “Fulhem” isə 13-cü yerdədir. Çempionata 18 xalla “Mançester Siti” başçılıq edir.