“Sabah” komandası FIBA Avropa Kubokuna qələbə ilə start verib.
Komandamızın yarışdığı A qrupunun oyunları Şimali Mokedoniyada təşkil olunub. Azərbaycan çempionu ilk matçını Skopyedəki “Kale Arena”da Niderlandın “Donar” komandasına qarşı keçirib. Görüşün birinci periodunda Niderlandın təmsilçisi 23-18 hesabı ilə irəli çıxsa da, sonrakı hissədə komandamız təşəbbüsə yiyələnib. Böyük fasiləyə komandalar “Sabah”ın 40:37 hesablı üstünlüyü ilə yollanıblar. Sonrakı periodlarda da inamlı oyun nümayiş etdirən basketbolçularımız yekunda 75:72 hesabı ilə qalib gəlib. Qeyd edək ki, “Sabah” bu gün yerli “Rabotniçki” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtilə saat 22:30-da başlayacaq. Komandamızın qrup mərhələsində sonuncu rəqibi Rumıniyanın “Rapid” klubudur. Bu görüş oktybarın 5-ə təyin olunub. Xatırladaq ki, Azərbaycan komandası 18 illik fasilədən sonra ilk dəfə Avrokuboklarda iştirak edir.