İtaliya A seriyasında 6-cı tur “Cenoa” – “Roma” görüşü ilə başa çatıb.
Artıq 5-ci dəqiqədə meydan sahibləri hesabı açıblar. Albert Qudmundsson yerli azarkeşləri sevindirib. 22-ci dəqiqədə tarazlıq bərpa olunub. Brayan Kristante qapını dəqiq nişan alıb – 1:1. Amma fasiləyə kimi meydan sahibləri yenidən hesabda önə keçiblər. Mateo Reteqi fərqlənib. “Cenoa” futbolçuları 2-ci hissədə də təşəbbüsü əldən verməyiblər. Əvvəlcə Morten Torsbyu hesab arasındakı fərqi artırıb. Yekun nəticəni isə Junior Messias müəyyənləşdirib: “Cenoa” – “Roma” 4:1. 6 tura 7 xal toplayan “Cenoa” turnir cədvəlində 11-ci, mövsümdə artıq 3-cü dəfə uduzan “Roma” 5 xalla 16-cı yerdədir. A seriyasına 15 xalla malik “Milan” klubları başçlıq edir.