İspaniya La liqasında 7-ci turun oyunları davam edir.

“Real Madrid”  “Santiaqo Bernabeu”da “Las Palmas”la üz-üzə gəlib. İlk hissəyə əlavə olunan vaxtda “Kral klubu” hesabı açıb. Brahim Diaz diqqət mərkəzinə düşüb. 2-ci hissədə Madrid klubu daha bir dəfə rəqibi cəzalandırıb. 54-cü dəqiqədə Xoselu 2-ci topu “Las Palmas”ın qapısından keçirib. Qalan dəqiqələrdə qonaqların məğlubiyyətdən xilas olma cəhdləri nəticəsiz qalıb. 2:0 hesabilə qələbə qazanan “Real Madrid” 18 xalla 2-ci pillədə gedir. “Las Palmas” isə 7 turdan sonra 5 xal toplayıb.

“Jirona” səfərdə “Vilyarreal”la qarşılaşıb. İlk yarıda qapılara qol vurulmayıb. 2-ci hissədə meydan sahibləri hesabda önə keçiblər. Daniel Parexo penaltini dəqiq yerinə yetirib. Buna baxmayaraq qonaqlar dönüş etməyi bacarıblar. Əvvəlcə Artem Dovbık, daha sonra isə Erik Qarsiya fərqlənərək “Jirona”ya qələbə qazandırıblar. Beləliklə xallarını19-a çatdıran Jirona yarış cədvəlində liderliyə yüksəlib. “Vilyarreal”ın hesabında isə 7 xal var.