“Red Bull” bu mövsüm Mühəndislər Kubokunu qazansa da, komanda əsasən Maks Ferstappenin sayəsində uğur qazanır.

Avstriya təmsilçisinin meksikalı pilotu Serxio Peres son yarışlarda imkanlarından aşağı səviyyədə çıxış edincə, attıq heyətdə dəyişiklliyin olacağı aktual məsələyə çevrilib. Bunun məntiqi nəticəsi kimi Avropa mətbuatı Avstriya təmsilçisinin Pereslə yollarını ayırmaq istəyi ilə bağlı məlumatlar yayır. Niderlarnd mətbuatının məlumatına görə, meksikalı yarış iştirakçısı ilə müqavilə müddəti yenilənməyəcək. “Red Bull” hazırda yeni zelandiyalı Liam Louson variantı haqda fikirləşir. Serxionun atası Antonio Peres Qaribay isə uğursuzluğa görə oğlunun günahkar olmadığını söyləyib. Onun fikrincə, komandada balansın pozulmasının günahkarı “Red Bull” rəhbərliyidir. Onların bolidi məhz Ferstappenin üslubuna uyğun hazırlaması vəziyyəti çətinləşdirir.