“Qarabağ UEFA  Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxıb. Komandamız Bakıda Tofiq Behramov adına Respublika Stadionunda Norveç çempionu “Molde”ni qəbul edib.  Futbolçularımız görüşün əvvəlindən təşəbbüsü ələ alıblar. Ardicıl hücumlar təskil edən meydan sahibləri rəqiblərini qapısına doğru sıxışdırıblar.  Amma futbolçularımızın seylərinə baxmayaraq erkən qol vurmaq mümkün olmayıb. 1-ci hissənin sonlarında komandamız yenidən təzyiqi artırıb. Əvvəlcə  Yankoviç diqqət mərkəzinə düşüb. Bu epizodda rəqib qapçı topun qapıdan keçməsinə imkan verməyib. Hissənin son saniyələrində “Molde”nin qolkiperi Yakob Kalstrom yenidən diqqət mərkəzinə düşüb. Norveçli qapıçı ardıcıl 2 epizodda hesabın açılmasına mane olub. Beləliklə “Qarabağ”  futbolçularının üstünlüyü şəraitində keçən qarşılaşmanın 1-ci hissəsində qol vurulmayıb.

“Qarabağ” futbolçuları  2-ci hissəyə də sürətli hücumlarla başlayıblar.  “Molde” qolkiperi hissənin əvvilində ard-arda seyvlər edib. Xüsuilə bu epizodda Abdulla Zubir əlverişli fürsətdən yararlana bilməyib. Amma cəmi 1 dəqiqədən sonra Kalstrom da komandasına kömək edə bilməyib. Leandro Andrade hesabı açıb.

Bundan sonra da komandamız üstün oyununu davam etdirib. Qalan vaxtda hər iki tərəfin ferqlənmək imkanı olsa da qapılar toxunulmaz qalıb. Beleliklə “Qarabağ” UEFA Avropa Lİqasının qrup mərhələsinə Norveç çempionuna qalib gəlməklə start verib. qrupun paralel kecirilen diger qarsilasmasinda Bayer Leverkuzen Almaniyada “Hakken” 4:0 hesabı ilə məglub edib. Qeyd edək ki, “Qarabağ”  2-ci turda İsveçdə məhz “Hakken”in qonağı olacaq. “Mold”e isə “Bayer Leverkuzen”i qəbul edəcək. Bu oyunlar oktyabrın 5-də keçliriləcək.