UEFA Konfrans Liqasının H qrupunda çıxış edən “Fənərbağça” “Şükrü Saracoğlu” stadionunda “Norşellan” klubunu qəbul edəcək.  Bu mövsüm bütün turnirlərdə keçirdiyi 10 görüşün hamısında qalib gələn “Fənərbağça” Danimarka təmsilçisi ilə oyunda aşkar favoritdir.  İndiyə qədər yalnız 2006/07 mövsümündə UEFA Kubokunda Danimarkanın “Randers” klubu ilə qarşılaşan “sarı lacivərdlilər” hər iki oyunda meydanı qələbə ilə tərk etmişdi. Buna baxmayaraq, danimarkalıların da qardaş ölkənin komandalarına qarşı keçirdiyi son 4 görüşdə məğlub olmadığnı xatırladaq. Görüş Bakı vaxtı ilə 20:45-də start götürəcək.

 D qrupunda mübarizə aparan “Beşiktaş” isə səfərdə “Brügge” ilə qarşılaşacaq. 3-cü təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran “qara qartal” tarixində 4-cü dəfə Belçikaya səfər edəcək. Buna qədər İstanbul klubu bu ölkədə keçirdiyi 3 oyunda 1 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb.  Buna baxmayaraq, “Beşiktaş” “Brügge” ilə 3 dəfə qarşıllaşıb. 2006/07 mövsümündə “ağ-qaralar” UEFA Kubokununun qrup mərhələsində İstanbulda belçikalıları 2:1 hesabı ilə məğlub etmiş, 9 il sonra isə Avropa Liqasının 1/8 finalında hər iki oyunda bu rəqibinə uduzmuşdu.  Bu dəfəki oyundan əvvəl Beşiktaşın baş məşqçisi Şenol Güneş rəqibdən çəkinmədiklərini və qrupdan lider çıxmaq üçün mütləq qalib gəlməli olduqlarını söyləyib.  Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.