2011-17-ci illərdə PSJ-də çıxış edən İtaliya millisinin sabiq qapıçısı Salvatore Siriqu klubunu dəyişmək qərarına gəlib.
“Fiorentina”nın 36 yaşlı qapıçısı karyerasını “Nitsa” klubunda davam etdirəcək. Fransa təmsilçisi təcrübəli qapıçı ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Xatırladaq ki, “Nitsa” mövsümün sonunda Danimarka millisinin qapıçısı Kasper Şmexyellə yollarını ayırıb. 36 yaşlı qolkiper bir mövsüm bu klubda oynadıqdan sonra “Anderlext”ə keçmək qərarına gəlib.