Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb. 32 komanda hərəsində 4 olmaqla 8 qrupa bölünüb. Hazırki çempion Mançester Siti G qrupunda “Leyptsiq” Almaniya, “Srvena Zvezda” və “Yanq Boyz”la düşüb. Turnirin rekordçusu olan Real Madrid C qrupuda İtaliya çempionu “Napoli” “Braqa” və “Union” Berlinlə üz-üzə gələcək. Son illər çempionlar liqasında azarkeşlərini məyus edən barselona üçün püşkdə münasib rəqiblərin düşdüyünü demək olıar. Barsa H qrupunda “Portu”, “Şaxtyor” və “Antverpen”lə mübarizə aparacaq. Türkiyə çempionu “Qalatasaray”ın isə püşkdə bəxti heç də gətimrməyib. “Cimbom” A qrupunda “Bavariya” “Mançester Yunayted” və “Kopenhagen”lə üz-üzə gələcək. Digər qruplarda isə komandlaar belə qərarlaşıb.
B qrupu: “Sevilya” (İspaniya), “Arsenal” (İngiltərə), PSV (Niderland), “Lans” (Fransa).
D qrupu: “Benfika” (Portuqaliya), “İnter” (İtaliya), “Zaltsburq” (Avstriya), “Real Sosyedad” (İspaniya).
E qrupu: “Feyenoord” (Niderland), “Atletiko” (İspaniya), “Latsio” (İtaliya), “Seltik” (Şotlandiya).
F qrupu: PSJ (Fransa), “Borussiya” (Dortmund, Almaniya), “Milan” (İtaliya), “Nyukasl” (İngiltərə). Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 19-da start veriləcək.
Tədbirdə həmçinin ötən mövsümün ən yaxşı baş məşqçisi və futbolçusunun da adı açıqlanıb. Gözlənildiyi kimi hazırki qalıb “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola və hücümçusu Erlinq Holanda rəqiblərini qabaqlayaraq xüsusi mükafat əldə ediblər. Almaniya millisinin sabiq futbolçusu Miroslav Kloze UEFA-nın xüsusi mükafatına layiq görülüb.