UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.
Türkiyə çempionu “Qalatasaray” İstanbulda “Molde”ni qəbul edib. Norveçdəki ilk görüşdə rəqibinə 3:2 hesabı ile qalib gələn “Cimbom” cavab matçında da qələbə əldə edib. Amma bu heç də asan başa gəlməyib. Baxmayaraq ki, meydan sahibləri artiq 7-ci dəqiqədə hesabı açıblar. Mauro İkardi penaltidən fürsəti qaçırmayıb. Qapsında top görməsinə baxmayaraq, “Molde” futbolçuları ruhdan düsməyiblər. Bütün qüvvə ilə irəli atılan qonaqlar fasiləyə kimi bir neçə imkan əldə etselər də, Muslera inamlı oynayıb. Amma 2-ci hissədə uruqvaylı qolkiper də komandasına kömək edə bilməyib. 66-cı dəqiqədə Erik Hestad tarazlığı bərpa edib - 1:1. Bundan sonra qonaqlar təzyiqi daha da artırsalar da, 2-ci hissəyə artırılan vaxtda “Qalatasaray” futbolçuları qələbə qolunu vurublar. Anxelinyonun yerinə yetirdiyi cərimə zərbəsindən sonra rəqib futbolçuya dəyən top qapıdan keçib. Bununla da Türkiyə çempionu 2:1 hesabı ile qalib gəlib. Beləliklə her iki görüşdə qəlebə qazanan “Qalatasaray” UEFA Çempionlar Liqasının qrup merhələsine vəsiqə əldə edib. “Molde” isə mübarizəni Avroliqanın qrup mərhələsində davam etdirəcək.