İspaniya çempionatında 3-cü tura yekun vurulub.
“Vilyarreal” azarkeşləri önündə “Barselona” ilə qarşılaşıb. 12-ci dəqiqədə Qavi qonaqları önə keçirib. Bu qolun ötürməsini verən 16 yaşlı Yamal Lamin La Liqada məhsuldar ötürmə müəllifi olan ən gənc futbolçu kimi fərqlənib. 3 dəqiqə sonra Frenki de Yonq 2-ci dəfə “Vilyarreal”ı cəzalandırıb. Buna baxmayaraq, meydan sahibləri ilk hissədə 2 qol vurmaqla tarazliği bərpa ediblər. Xuan Foyt və Aleksandr Sörlot fərqləniblər. 2-ci hissənin əvvəlinədə Aleks Baena meydan sahiblərini hesabda irəli çıxarıb. Halbuki, “Barselona” futbolçuları dönüş etməyi bacarıblar. Əvvəlcə Ferran Torres, daha sonra isə Robert Levandovski diqqət mərkəzinə düşüb. Beləliklə 4:3 hesabilə qalib gələn “Barselona” xallarının sayını 7-yə çatdırıb və 3-cü pilləyə yüksəlib. Vilyarreal”ın hesabında isə 3 xal var.