“Mançester Siti”nin müdafiəçisi Emerik Laport karyerasını “Əl-Nəsr” klubunda davam etdirəcək.
İspaniya millisinin 29 yaşlı futbolçusu Səudiyyə Ərəbistanına yollanaraq tibbi baxışdan keçib. Xatırladaq ki, O, 2018-ci ilin yanvarından Premyer Liqa təmsilçisinin heyətində çıxış edir. Müdafiəçi ötən mövsüm “Mançester Sitinin ”heyətindı 24 oyun keçirib. Laportun “şəhərlilərlə müqavilə müddəti 2025-ci ilin yayında başa çatmalı idi. Xatırladaq ki, “Əl-Nəsr” klubunda Kriştianu Ronaldu, Sadio Mane və Marselo Brozoviç kimi futbolçular da çıxış edir.