Türkiyə çempionatında 2-ci turun daha iki görüşü keçirilib.

“Fənərbağça” səfərdə “Samsunspor”la qarşılaşıb. Oyunda hesab 62-ci dəqiqədə açılıb. Edin Dzeko yeni mövsümdə 3-cü qolunu vurub. Çox keçmədən yeni transfer Fred 2-ci topu rəqib qapısından keçirsə də VAR-a baxan hakim ofsayd qeydə alıb. Matçda son nöqtəni əlavə olunan 8-ci dəqiqədə Sebastian Şımanski qoyub:  “Samsunspor” – “Fənərbağça” 0:2. Yeni mövsümdə 2-ci qələbəsini qazanan İstanbul klubu yarış cədvəlində liderdir. “Samsunspor”un hesabında 1 xal var.

Türkiyənin Konfrans Liqasındakı digər təmsilçisi “Adana Dəmirspor” səfərdə “Ankaragücü” ilə üz-üzə gəlib. Oyun 1:1 hesabilə yekunlaşıb. Qonaqların heyətində Mbayi Nianq fərqlənib. Paytaxt klubunun qolunu isə Efkan Bekiroğlu vurub. Bərabərlik sayəsində Adana klubu xallarının sayını 4-ə çatdırıb. “Ankaragücü” yeni mövsümdə ilk xalını qazanıb.