İngiltərə Premyer Liqasının 2-ci turunda “Aston Villa” doğma arenada “Everton”u qəbul edib. İlk oyunda səfərdə “Nyukasl”a böyükhesabla uduzan Birmingem klubu doğma arenada azarkeşləriniböyükhesablı qələbə ilə sevindirib. 18-ci dəqiqədə Con Makgin hesabı açıb. Az sonra Luiz Duqlas qonaqları 2-ci dəfə məyus edib. “Aston Villa” futbolçuları 2-ci hissədə daha 2 qol vurublar. Əvvəlcə Leon Beyli qapını dəqiq nişan alıb. Yekun nəticəni Con Duran müəyyənləşdirib: “Aston Villa” – “Everton” 4:0
Günün digər görüşündə “Vest Hem” və “Çelsi” üz-üzə gəlib. London derbisində “Vest Hem” futbolçuları qələbə qazanıblar. 7-ci dəqiqədə Nayef Aqerd hesabı açıb. 28-ci dəqiqədə Karni Çukvuemeka tarazlığı bərpa edib. Hissənin sonunda “Çelsi” futbolçuları penalti vurmaq hüququ qazanıblar. Entso Fernandes bundan yararlana bilməyib. Əvəzində fasilədən sonra Vest Hem futbolçuları 2 qol vurublar. Maykl Antonio və Lukas Paketa fərqlənib. Beləliklə “Vest Hem” derbidə 3:1 hesablı qələbə qazanıb.