Azərbaycan çempionatının 3-cü turunda “Qarabağ” doğma arenada “Araz Naxçıvan”ı qəbul edib. Ağdam klubu 15-ci dəqiqədə hesabı açıb. Adama Diakabi ilk qolun müəllifi olub. 2-ci hissənin əvvəlində tarazlıq bərpa olunub. Miço Kuzmanoviç qapını dəqiq nişan alıb. “Qarabağ” futbolçuları yalnız oyunun son saniyələrində qələbə qolunu vura biliblər. Abdulla Zubir fərqlənib. Beləliklə “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.
“Sabah” – “Neftçi” qarşılaşması isə 1:1 hesabı ilə bitib. Fasilə ərəfəsində Boyan Letiç “Sabah”ı hesabda önə keçirib. 2-ci hissənin əvvəlində isə Con İrasabal avtoqol müəllifi olub. Qeyd edək ki, “Neftçi” hələ yeni mövsümdə qələbə qazana bilməyib. Komanda 3 tura 2 xal əldə edib. Yarışa “Zirə” maksimum nəticə, 9 xalla başçılıq edir. Liderin izləyiciləri “Sumqayıt”, “Qarabağ” və “Turan Tovuz”un 6 xalı var.