UEFA Konfrans Liqasının 3-cü mərhələsində çıxış edən “Fənərbağça” səfərdə “Maribor”la qarşılaşıb. İlk oyunda 3:1 hesabilə qalib gələn İstanbul klubu bu dəfə də azarkeşlərini sevindirib. 17-ci dəqiqədə İrfan Can Kahveci komandasını önə keçirib. Meydan sahibləri penalti vurmaq imkanı qazanıblar. Lakin Arnel Yakupoviç fürsəti qaçırıb. 2-ci yarıda hücumlarını gücləndirən “Fənərbağça” futbolçuları fərqi artırıblar.  77-ci dəqiqədə Sebastian Şımanski diqqət məkrəzinə düşüb.  2 dəqiqə sonra isə Duşan Tadiç yekun hesabı müəyyənləşdirib:  Maribor – Fənərbağça 0-3.  İstanbul klubunun pley-ofdakı rəqibi “Tvente” olacaq.

“Adana Demirspor” isə Xorvatiyada “Osiyek”lə üz-üzə gəlib. 31-ci dəqiqədə Yusuf  Sarı qonaqları önə keçirib. Fasilə ərəfəsində Darko Neyaşmiç tarazlığı bərpa edib. 2-ci hissədə meydan sahibləri daha 2 dəfə rəqib qapısına yol tapıblar. Miyo Çaktaş və Şime Qrjan fərqlənib. Oyunda son nöqtəni isə Yusuf  Erdoğan qoyub. “Osiyek” -  “Adana Demirspor” 3-2.  Lakin bu qələbə mərhələ adlamağa yetərli olmayıb. İlk oyunda 5:1 hesabilə qalib gələn Türkiyə pley ofa çıxıb. Burada Adana klubu “Genk”lə üz-üzə  gələcək.