“Qarabağ” UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.

Ağdam futbolçuları Bakıda 2:1 hesabilə məğlub etdikləri HİK-lə bu dəfə Finlandiyada görüşüblər. Qarşılaşma komandamız üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə meydan sahibləri üstünlük qazanıblar. Santeri Hostikka “Qarabağ”ın cərimə meydançasında yaranan qarışıqlıqdan lazlmınca yararlanıb. Lakin az sonra HİK azlıqda qalıb. Kevin Kuassivi Benissan kobudluğa görə qırmızı vərəqəylə cəzalanıb. “Qarabağ” fasilə ərəfəsində hesabı bərabərləşdirib. Toral Bayramov HİK-in qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. Ilk hissə 1:1 hesabilə yekunlaşıb. 2-ci yarıda Ağdam futbolçuları inamlı çıxışı davam etdiriblər. 56-cı “Qarabağ” önə çıxıb. Bədavi Hüseynovun ötürməsindən sonra Yasin Benziya topu boş qapıya vurub. Rəqib qalan vaxtda hesabı dəyişə bilməyib. Beləliklə “Qarabağ” 2 oyunun yekununa əsasən 4:2 hesabilə qələbə qazanaraq UEFA Avropa Liqasının pley-ofuna çıxıb. Qurban Qurbanovun komandası bu mərhələdə Sloveniyanın “Olimpiya” Lyublyana kollektiviylə görüşəcək. İlk qarşılaşma avqustun 24-ü Sloveniyada keçiriləcək.