UEFA Konfrans Liqasında “Sabah” 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Komandamız Serbiyada “Partizan”ın qonağı olacaq. Bakıda inamlı oyun nümayiş etdirən və 2:0 hesablı qələbə qazanan komandamız cavab matçında da uğur qazanmağa çalışacaq. “Sabah”ın baş məşqçisi Murad Musayev ilk matçda qələbə qazanmalarına baxmayaraq ehtiyatlı açıqlamçaları ilə diqqət çəkib. O, hər iki komandanın hücüm futbolu sərgiləyəcəyini bildirib: "Rəqibin yaxşı məşqçisi və oyunçuları var.  "Partizan" doğma arenada oynayır. Fikrimcə, onlar irəli atılacaq və qol vurmaq istəyəcəklər. hər iki komandanın ifasında maraqlı futbol izləyəcəyimizi gözləyirəm. Bizim üçün çətin olacaq. Buna baxmayaraq, heç kimdən qorxmuruq. Rəqibdən çəkinmədən mübarizə aparacaq və öz oyunumuzu sərgiləyəcəyik. Azarkeşlərimizi sevindirmək üçün var qüvvəmizlə mübarizə aparacağıq".

Qeyd edək ki, Partizan – Sabah görüşü Bakı Vaxtı ilə saat 23:00-da start götürəcək.