UEFA Avropa Liqasında çıxış edən Qarabağ bu gün 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Komandamız Finlandiyada HİK-in qonağı olacaq. Bakıda rəqibinə 2:1 hesabı ilə qalib gələn Azərbaycan çempionu cavab matçına üstünlüklə çıxacaq. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu oyunda da var qüvvələrini ortaya qoyub vətənə uğurlu nəticə ilə qayıtmaq istədiklərini bildirib:

Meydan süni örtüklüdür, amma buna hazır olmalıyıq. Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq. Komanda istəklidir. Yaxşı oyun və nəticə ilə Bakıya qayıtmaq istəyirik. Bünün üçün var qüvvəmizi ortaya qoyacağıq".  

Xatırladaq ki, bu gün saat 20:00-da başlanacaq oyun İdman TV ilə canlı yayımlanacaq. Bü cütün qalibi növbəti mərhələdə Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək.