“Brayton”un futbolçusu Moyses Kaysedonun transferindən sonra “Çelsi” daha futbolçu ilə güclənib.

London klubu “Sauthempton”un yarımmüdafiəçisi Romeo Lavianı transfer edib. Belçikalı futbolçunun keçidi üçün “Çelsi” “Sauthempton”a bonusları nəzərə almadan 70 milyon avro ödəyəcək.  Londonlular 19 yaşlı futbolçu ilə 7+1 illik müqavilə imzalayacaq. Xatırladaq ki, Moyses Kaysedo kimi Lavia ilə də “Liverpul” maraqlanırdı. Amma hər iki futbolçu sonda Maurisio Poçettinonun çalışdırdığı komandaya keçməyə üstünlük verib.