İngiltərə çempionatında 1-ci tura yekun vurulub.

“Mançester Yunayted” doğma meydanda “Vulverhempton”la qarşılaşıb. İlk yarıda qapılara qol vurulmayıb. 2-ci yarıda hücumlarını artıran meydan sahibləri 76-cı dəqiqədə istəklərinə nail olublar. Rafael Varan diqqət mərkəzinə düşüb. Qalan dəqiqələrdə qonaqların cəhdlərinə baxmayaraq hesab dəyişməyib: “Mançester Yunayted” – “Vulverhempton” 1-0. İlk turdan sonra ən yaxşı qol fərqinə sahib “Nyukasl” turnir cədvəlində liderdir.