Azərbaycan çempionatının 2-ci turunda “Neftçi” “Səbail”i qəbul edib.

Oyuna meydan sahibləri daha fəal başlasa da hesabı qonaqlar açıblar. 34-cü dəqiqədə Pedro Nuno “Səbail”i önə keçirib. İlk hissə dənizçilərin minimal hesablı üstünlüyü ilə yekunlaşıb.  55-ci dəqiqədə “Neftçi”nin kapitanı Emin Mahmudov fərqlənməyə yaxın olsa da “Səbail”in qapıçısı Səlahət Ağayev qola imkan verməyib. Oyunun sonunda hücumlarını gücləndirən “Neftçi” futbolçularına məğlubiyyətdən xilas olublar. 81-ci dəqiqədə Kenni Sayef rəqib qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. Görüş 1-1 hesabilə başa çatıb. Beləliklə hər iki komanda yeni mövsümdə ilk xallarını qazanıblar. 2 turdan sonra yarış cədvəlinə 6 xalla “Zirə” başçılıq edir.