Azərbaycan çempionatının 2-ci turunda “Qarabağ” doğma arenda “Turan Tovuz”u qəbul edib.
Mövsümün ilk turunda “Zirə”yə minimal hesabla məğlub olan hazırki çempion bu dəfə sürprizə imkan verməyib. Qonaqlar meydan sahiblərinin hücümlarına yarımsaat tab gətirə biliblər. 30-cu dəqiqədə Juninyo Ağdam klubunun ilk qolunu vurub. Fasiləyə minimal hesablı üstünlüklə yollanan Qarabağ futbolçuları 2-ci hissədə daha 2 dəfə rəqib qapısına yol tapıblar. Əvvəlcə Abdulla Zubir fərqlənib. Görüşdə son nöqtəni isə Adama Diakabi qoyub. Beləliklə “Qarabağ” rəqibinə 3:0 hesabı ilə qalib gəlməklə, yeni mövsümdə ilk qələbəsini əldə edib.