UEFA Konfrans liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" azarkeşləri önündə Beşiktaşla qarşılaşıb.

Görüşə İstanbul klubu daha fəal başlayıb. Qonaqlar 14-cü dəqiqədə hesabı açıblar. Vensan Abubakar diqqət mərkəzinə düşüb. Çox keçmədən Cekson Muleka fərqi artırıb. İlk yarı Beşiktaşın 2-0 hesablı üstünlüyü ilə yekunlaşıb. 62-ci dəqiqədə Salih Uçan 3-cü topu Beşiktaşın qapısından keçirib. Qarşılaşmanın sonuna yaxın komandamız hücumlarını gücləndirib. 79-cu dəqiqədə "Neftçi"nin  hücumçusu Kilan Lebon fərqi azaldıb. Bu qoldan sonra “ağ-qaralar”ın fərqlənmək üçün daha bir imkanı olub. Lakin kapitan Emin Mahmudovun cərimə zərbəsindən qapıya vurduğu top qapı dirəyindən qayıdıb. Qalan vaxtda hesab dəyişməyib: Neftçi-Beşiktaş 1-3