UEFA Konfrans liqasının 3-cü təsnifat mərhələsində çıxış edən “Sabah” “Partizan”ı qəbul edib.
27-ci dəqiqədə Emanuel Ape fərqlənsə də, oyundankənar vəziyyət qeydə alınıb. 2-ci hissədə “Sabah” futbolçuları daha bir real qol imkanı qazanıblar. Lakin Aleksey İsayev “Partizan”ın qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib. Yalnız 1 dəqiqə sonra Boyan Letiç uzaq məsafədən baxımlı zərbə ilə hesabı açıb. 74-cü dəqiqədə isə Aleksey İsayev 2-ci topu “Partizan”ın qapısından keçirib. Beləliklə qarşılaşma Sabahın 2:0 hesablı qələbəsilə yekunlaşıb.