Belarusda keçirilən 2-ci MDB Oyunlarında mübarizə davam edir.
Azərbaycan millisi atıcılıq növündə ilk mükafatı qazanıb. 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında Leyli Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici mərhələdə ermənistanlı rəqibi Nare Qabrielyandan üstün olaraq qızıl medal qazanıb. Rusiyalı Valeriya Qanakova isə 3-cü yeri tutaraq bürünc mükafata yiyələnib. Qeyd edək ki, 2-ci MDB oyunlarına avqustun 14-ü yekun vurulacaq.