İngiltərə Superkubokunun qalibi məüyyənləşib.

Ötən mövsüm trebllə yadda qalan “Mançester Siti” reqlamentə əsasən Premyer Iiqanın 2-cisi  “Arsenal”la üz-üzə gəlib. “Uembli”  arenasında keçirilən görüşdə hesabı “şəhərlilər” açıb. 77-ci dəqiqədə Koul Palmer fərqlənib. 2-ci yarıya əlavə olunan vaxtda isə Leandro Trossar tarazlığı bərpa edib: 1-1.  Qalibi müəyyənləşdirmək üçün penalti seriyası oynanılıb. Burada bütün zərbələri dəqiq yerinə yetirən londonlular superkubokun sahibi olublar. Bununla da “Arsenal” tarixində 17-ci dəfə fəxri mükafata yiyələnib. Qeyd edək ki, superkubok rekordçusu 21 çempionluqla “Mançester Yunayted”dir.