AzərbaycanPremyerliqasında 1-ci turun son iki oyunu keçirilib. “Kəpəz”  Gəncədə “Neftçi”ni qəbul edib.Oyundakı yeganə qol fasilə ərəfəsində vurulub. Bölgə təmsilçisinin yarımmüdafiəçisi Mate Kvirkvia “ağ-qaralar”ın qapısına təyin olunan penaltini dəqiq yerinı yetirib. 2-ci hissədə “Neftçi” futbolçularının hesabı bərabərləşdirmək cəhdləri nəticə verməyib. Beləliklə “Kəpəz” minimal hesabla qalibgələrək vacib 3 xal qazanıb.

“Sabah” azarkeşləri önündə “Qəbələ” ilə üz-üzə gəlib.Hesab 21-ci dəqiqədə açılıb.Emanuel Ape meydan sahiblərini önə keçirib. Çox keçmədən Anatoli Nuriyev 2-ci topu “Qəbələ”nin qapısından keçirib. Hissənin tamamında Aleksey İsayev fərqi 3 topa çatdırıb. Fasilədən sonra “Sabah” futbolçuları daha 2 dəfə qonaqların qapısına yol tapıblar. Coy Lens Mikelsvə TellurMütəllimov diqqət mərkəzinə düşüblər: “Sabah” – “Qəbələ”  5:0.