UEFA Konfrans Liqasındakı daha bir təmsilçimiz “Sabah” Masazırdakı “Bank Respublika” Arenada Latviyanın RFS kollektivi ilə üz-üzə gəlib.
İlk dəqiqələrdən komandamız üstünlük nümayiş etdirib. 34-cü dəqiqədə RFS komandasının iki üzvü cəzalanıb. Əvvəlcə kobud oyuna görə Artur Zyuzin, ardınca isə hakimə etiraz etdiyi üçün Viktor Moroz qırmızı vərəqə ilə cəzalanaraq meydandan çıxarılıb. Sayca azlıqda olmasına baxmayaraq RFS futbolçuları ikinci hissədə hesabı açmağa nail olublar. Yanis İkaunieks komandasını sevindirib. Lakin 10 dəqiqə sonra bərabərlik təmin olunub. Joy-Lens Mikels “Sabah” azarkeşlərini sevindirib. Komandamıza heç-heçə hesabı belə kifayət etsə də futbolçularımız əsas vaxta artırılan 4-cü dəqiqədə qələbə qolunu vurmağa müvaəffəq olublar. Emanuel Apeh yekun nəticəni müəyyənləşdirib. “Sabah” – RFS 2:1. Ümumi nəticədə rəqibini 4:1 hesabı ilə üstələyən sabah növbəti mərhələyə adını yazıdırıb. Komanda 3-cü təsnifat mərhələsində Serbiyanın “Partizan” klubu ilə üz-üzə gələcək.