“Pari Sen-Jermen”dən ayrılan Serxio Ramos “Qalatasaray”a keçməyə yaxındır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Artıq İstanbul klubu 37 yaşlı ispaniyalı futbolçu ilə müqavilənin şərtlərini razılaşdırıb. Xatrırladaq ki, 2005-ci ildə “Sevilya”nı “Real Madrid”ə dəyişən ispaniyalı müdafiəçi son iki ildə PSJ-nin şərəfini qoruyub. O, Paris klubunda keçirdiyi 58 oyunda 6 qol və 1 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.