Transfer çalışmalarını davam etdirən “Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirməyə hazırlaşır.
Söhbət braziliyalı Andre Şinyaşkidən gedir. Artıq Bakıda olan futbolçu tibbi müayinədən keçəndən sonra rəsmi müqavilə imzalayacaq. Valideynlərindən biri yapon olan 26 yaşlı braziliyalı MLS-də “Şarlott”un şərəfini qoruyur. Üçillik müqaviləsi qalan oyunçu indiyədək yalnız ABŞ-da oynayıb. Onun transferi üçün müəyyən məbləğ ödənilməsi razılaşdırılıb.