“Neftçi” UEFA Konfrans liqasının 2-ci təsnifat mərhələsində mübarizəyə başlayır.

“Ağ-qaralar” Bosniya Herseqovinada “Jelezniçar”ın qonağı olacaq. Matçdan əvvəl jurnalistlərə açıqlama verən baş məşqçi Adrian Mutu oyunun əhəmiyyətindən danışıb: Çox yaxşı komandaya qarşı vacib oyuna çıxırıq. Rəqibin heyətində diqqətimi cəlb edən bir neçə futbolçu var. Ağır görüş olacaq. Lakin biz Sarayevoya qələbə üçün gəlmişik. “Jelezniçar” azarkeşləri haqda ayrıca danışmaq olar. Heyətimizdə coşğulu azarkeşlərin qarşısında bir çox görüşə çıxmış təcrübəli oyunçular var. Biz gərgin atmosferi xeyrimizə istifadə edərək qələbə qazanmağa çalışacağıq.

Jelezniçara rəhbərlik edən Nermin Başiç isə “Neftçi”nin heyətindən danışıb: “Neftçi”nin heyətində milli səviyyəsində çıxış edən 7-8 futbolçu var. Bu, komandanın gücündən xəbər verir. Hesab edirəm ki, “Neftçi” texniki cəhətdən yaxşı təşkilatlanmış komandadır. Azarkeşlərə əminliklə deyə bilərəm ki, qələbə üçün sonadək mübarizə aparacağıq.

Sarayevoda keçirilən “Jelezniçar” – “Neftçi” oyunu bakı vaxtilə saat 23-də başlanacaq. Qarşılaşmanı estoniyalı Yuri Fişer idarə edəcək. Cavab görüşü avqustun 3-ü Bakıda olacaq. Qeyd edək ki, “Neftçi”nin 3-cü təsnifat mərhələsində potensial rəqibi “Beşiktaş” – “Tirana” oyununda müəyyənləşəcək.