Azərbaycan çempionatının gümüş mükafatçısı “Sabah” avrokuboklarda debüt edib.

Komandamız UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviyada RFS klubunun qonağı olub. 22-ci dəqiqədə hesab açılıb. Boyan Letiç “Sabah”ı önə çıxarıb. Fasiləyədək başqa qol olmayıb. 2-ci yarıda meydan sahibləri üstünlüyə yiyələnsələr də, komandamız qapısını toxunulmaz saxlayaraq daha bir qol vurub. 56-cı dəqiqədə David Volkov yaxın məsafədən fürsəti qaçırmayıb. Murad Musayevin komandası qalan vaxtda sərfəli hesabı qoruyaraq qələbəni təmin edib 2:0. “Sabah” və RFS komandaları arasında cavab görüşü avqustun 3-ü keçiriləcək.