“Qarabağ”ın aparıcı futbolçularından biri olan Qara Qarayev komandanı tərk edə bilər. 

Bunun səbəbi təcrübəli futbolçunun əsas heyətə düşə bilməməsidir. Ötən mövsümdən etibarən Qurban Qurbanovun demək olar ki, şans vermədiyi futbolçu oynaya biləcəyi kluba getmək istəyir. Yarımmüdafiəçi üçün əsas iki variant var. “Neftçi” və “Sabah”. Amma millimizin üzvü qərar verməkdə tələsmir. Çox güman ki, mövsüm başlayana qədər onun baş məşqçi və klub rəhbərliyi ilə yenidən danışıqları olacaq. Məhz bu görüşdən sonra Qarayev son qərarını verəcək. Əlavə edək ki, Qara Qarayev peşəkar karyerası ərzində yalnız “Qarabağ”da oynayıb.