Lionel Messi və Serxio Busketsi transfer edən Amerika Birləşmiş Ştatlarının “İnter Mayami” klubu “Barselona”da oynamış daha bir futbolçunu heyətinə qatmağa hazırlaşır.
MLS təmsilçisi “Barsa”nın 34 yaşlı cinah müdafiəçisi Jordi Alba ilə razılığa gəlib. İspaniya millisinin futbolçusu Səudiyyə Ərəbistanından olan klublardan da təklif alsa da, o, ailə vəziyyətinə görə Amerika Birləşmiş Ştatlarında oynamağı daha üstün tutur. Yeri gəlmişkən, “İnter Mayami” Braziliyanın “Qremio” klubunda çıxış edən “Barselona”nın sabiq hücumçusu Luis Suaresi də heyətinə cəlb etmək istəyir.