“Valensiya”nın qapıçısı Georgi Mamardaşvili karyerasını “Bayern Münxen”də davam etdirəcək.

Artıq Gürcüstan millisinin çərçivə qoruyucusu Almaniya təmsilçisi ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb.  Münxenlilər isveçrəli qapıçısı Yan Sommerlə vidalaşdıqdan sonra bu keçidi elan edəcək. Xatırladaq ki, Mamardaşvili ötən mövsüm “Valensiya”nın heyətində keçirdiyi 42 oyunda 49 top buraxıb və 9 görüşdə qapısını toxunulmaz saxlayıb.