“Barselona” “Jirona”nın yarımmüdafiəçisi Oriol Romeunu yenidən heyətinə cəlb edib.
İspaniya çempionu 31 yaşlı futbolçu üçün qarşı tərəfə 4,5 milyon avro ödəyəcək. Bununla yanaşı, “Barsa”nın 20 yaşlı yarımmüdafiəçisi Pablo Torre icarə əsasında “Jirona”ya göndərilib. Xatırladaq ki, Oriol 2010-11-ci illərdə “Barselona”nın heyətində çıxış edib, daha sonra “Çelsi”, “Valensiya”, “Ştutqart” və “Sauthempton”un şərəfini qoruyub. Romeo ötən mövsüm “Jirona”nın heyətində keçirdiyi 33 oyunda 2 qol vurub.