Amerika Birləşmiş Ştatlarında keçirilən Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi üzrə CONCACAF "Gold Cup" turnirinin final mərhələsi keçirilib.

Həlledici oyunda yarımfinalda Yamaykanı mübarizədən kənarlaşdıran Meksika, habelə turnirin ev sahibi ABŞ millisindən güclü olan Panama yığma komandaları üz-üzə gəliblər. Qarşılaşmanın ilk hissəsi qarşılıqlı hücumlarla yadda qalsa hesab açılmayıb. Fasilədən sonra Panama millisi bir neçə epizodda qol vurmağa yaxın olsa da zərbələrdə dəqiqlik çatmayıb. 88-ci dəqiqədə hesab açılıb. Təkbaşına 3 müdafiəçidən yayınan Santyaqo Ximenes qapıçını da məyus edərək topu qapıdan keçirib. Lazımi hesabı qoruyan Meksika futbolçuları yekunda minimal hesabla turnirin çempionu olublar. Qeyd edək ki, Meksika millisi 32 illik tarixi olan CONCACAF “Gold Cup” turnirində 9-cu dəfə fəxri titula yiyələnib. Komanda bu göstəricidə bütün Şimali, Mərkəzi və Karib dənizi hövzəsi ölkələrini geridə qoyaraq turnirin ən titullu yığması olub.