“Bayern Münxen” isə Harri Keyni transfer etmək üçün “Tottenhem”lə razılığa gələ bilmir.
Bu günə qədər münxenlilər 70 və 80 milyon avroluq təklif irəli sürsə də, londonlular İngiltərə millisinin hücumçusunu satmaqdan imtina edib. Nüfuzlu ESPN telekanalının məlumatına görə, “Bayern Münxen” kimi daha iddialı kluba getmək istəyən İngiltərə millisinin hücumçusu “Tottenhem”in yeni müqavilə təklifini də rədd edib. Onun London klubu ilə sözləşməsi gələn ilin yayında başa çatacaq. Xatıraladaq ki, Keyn 2011-ci ildən “hotspurlular”ın heyətində çıxış edir.