“Çelsi”nin yarımmüdafiəçisi Kristian Pulişiç karyerasını “Milan”da davam etdirəcək.
Amerika Birləşmiş Ştatları millisinin yarımmüdafiəçisi artıq tibbi yoxlanışdan keçmək üçün İtaliyaya gəlib. 24 yaşlı futbolçu “rossonyerlilər”lə 2027-ci ilin yayına qədər müqavilə imzalayacaq. Xatırladaq ki, ötən mövsüm Pulişiç “Çelsi”nin heyətində 30 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.